Bakının 165 nömrəli tam orta məktəbində şagirdlərin dərs prosesi zamanı lentə alınmış qeyri-etik videosu yayılmışdı.
Bizim.Media xəbər verir ki, Xəzər televiziyasının çəkiliş qrupu həmin məktəbdə olub və hadisənin təfərrüatını öyrənib.
Jurnalistlərə müsahibə verən məktəb direktoru bildirib ki, şagirdlərin qeyri-etik davranışlarının olduğu video dərhal araşdırılıb. Məlum olub ki, videodakı şagirdlər məktəbdə 9-cu sinifdə təhsil alırlar.
Şagirdlərlə yanaşı, həmin dərsdə iştirak edən müəllim və məktəbin iki direktor müavini barədə də tədbir görülüb.
Bizim.Media