Yuri Qaqarinin qızı Bakıda -  FOTOLAR

Yuri Qaqarinin qızı Bakıda - FOTOLAR

Hazırda oxunan: Yuri Qaqarinin qızı Bakıda - FOTOLAR

57085
Bu gün IV Beynəlxalq Bakı Humanitar Forumu ilə əlaqədar şəhərimizdə qonaq olan "Moskva Kremli" Dövlət Tarixi Qoruq-muzeyinin direktoru, ilk kosmonavt Yuri Qaqarinin qızı Yelena Yuriyevna Qaqarina, onun həyat yoldaşı Vladimir Mixail Yuryeviç, Lermontov nəslinin nümayəndəsi Yelena Vladimirovna Lermantova və Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova ilə Azərbaycan Milli İncəsənət Muzeyində görüş keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə Azərbaycan Milli İncəsənət muzeyinin direktoru Çingiz Fərzəliyev və muzeyin əməkdaşları iştirak ediblər. Görüş çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyi ilə "Moskva-Kremli" Dövlət Tarixi Qoruq-muzeyi arasında gələcək əməkdaşlıq əlaqələrinin perespektivlərindən söhbət açılıb.

Sonda qonaqlar muzeyin ekspozisiyası ilə tanış olublar.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO