Azərbaycanda klassik BOŞANMA SƏBƏBLƏRİ - “Qız yekəbaş, oğlan avara idi”

Azərbaycanda klassik BOŞANMA SƏBƏBLƏRİ - “Qız yekəbaş, oğlan avara idi”

Hazırda oxunan: Azərbaycanda klassik BOŞANMA SƏBƏBLƏRİ - “Qız yekəbaş, oğlan avara idi”

57085

Boşanan insanlar cəmiyyətdən daha çox təcrid olunurdular. Sosial yerlərdə özlərini tam təqdim edənə qədər dərketmə çətinlikləri yaşayırdılar.

Psixoloq Aytən Ələkbərova bunu bir neçə səbəblə izah edib:

Öz mövqeyini bildirmək

Təqsir

Yönəldilmiş şüur aktı

“Yəni ümumiləşmə birdəfəlik akt olmayaraq həyat və yaşam tərzi ömür boyu qarşıya çıxan vəzifələrin gözündə bir tərəzi olaraq qalırdı. Bax bu zaman insanlarda “niyə boşandın” kimi qınaq sualları, mövqeləri olurdu”.
 

MÖVZU İLƏ BAĞLI:

Bu ilin 10 ayında nikah və boşanmaların statistikası açıqlandı


Mövzuyla bağlı Bizim.Media-ya danışan psixoloq bildirib ki, “bu gün boşanan qadının sabah övladı olmayacaq” kimi şüuraltı ötürülən məqamlar olub.

Bu isə psixoloji uyuşmada birbaşa özünü göstərirdi:

“Amma bu gün cəmiyyət olaraq, daha doğrusu çoxları sanki “mən boşandım, rahat addım atdım, mübariz oldum. Bəlkə də boşanmasaydım, indi qazandığım nailiyyətlərə nail ola bilməzdim”, - deyə düşüncələr də formalaşmağa başlayıb. Müraciət edən insanların içərisində təkcə ailə problemi ilə yox, həyatda özgüvənini qazanıb, mübariz olmaq üçün addım atanlar da var. 

Əvvəlki illərə nisbətən boşanma müraciətlərinin də sayı çoxdur”. 

Aytən Ələkbərova qeyd edib ki, bəzən bəsit bir səbəbə görə boşanmaq istəyirlər. İlk olaraq ağıla gələn isə insanların psixi uyğunsuzluğudur:

- Seçimlərinin düzgün olmaması

- Bir-birilərini yetərincə tanımamaqları

- Ayrı-ayrılıqda hər sahədə uğurlu olan, ancaq birgə həyata yaramayanlar var

Bəs əslində boşanma niyə oldu?

Cütlük psixi uyğunsuzluğa görə ayrılanda dedi-qodu yayılır ki, qız yekəbaş idi, ev işləri ilə məşğul olmurdu.

Yaxud oğlan avara idi, çox içirdi.

Ailə kiçik dövlətdir və əmi, bibi, dayı, xala və s. bura müdaxilə etməməlidir. Çünki bu müdaxilələr də nikah pozulmasına səbəb olur”.

Psixoloq boşanmadan sonrakı suallar və nikah pozulmasının başqa səbəblərindən də bəhs edib:

“Kişilər fikirləşir ki, ayrılmış qadını alıb gətirsəm, yenə problem çıxacaqmı, təkrar nikah pozulması olacaqmı? İlk boşanmanın əsl səbəbini bilmədən belə olur. Bürclər, xüsusiyyətlər, temperament fərqlilikləri də var. Elə ailə var ki, qan qrupları bir-birinə uyğun gəlmir. Bu da boşanmaya gətirir. Qan qruplarının uyğun gəlməməsi övladların dünyaya gəlib dünyasını dəyişməsidir. Bir müddət sonra hər ikisi bir araya gələrək deyirlər ki, “bu ailəni davam etdirməyə dəyməz. Çünki hər ikimiz valideyn olmaq istəyirik”.

Bunun üçün isə profilaktik tədbirlər zəruridir. Yəni bəzi yoxlamaları ailə qurmazdan əvvəl aparmaq lazımdır:

“Əmioğlu ilə əmiqızı və ya xalaoğlu ilə xalaqızı ailə qurarkən analiz verməlidirlər. Hətta nəticənin pis olmasına baxmayaraq ailə quranlar var”. 

Əlavə edək ki, ailə qurmaq işinin də planlı və şüurlu olması vacibdir. Çünki uyuşmayan iki insanın münasibətlərinin ortaq məxrəcə gəlməsi qəlizdir. Bu isə boşanma bir yana, cinayətlərə də şərait yaradır. O ki qaldı insanların nikah pozanlara ünvanladığı “boşanmış damğası”na, bu, insan psixologiyasına təsir edir və həyatında fəsadlar yaradır. Boşanmaların və ailədaxili problemlərin artma səbəbləri arasında:

“Qadınların iqtisadi asılığı azalır (normallaşır) deyə ailə institutlarında müəyyən dəyişikliklər yaranır. Bu isə qadını söz eşidən tərəfdən çıxarıb söz deyən tərəfə də çevirir.

Müsbət tərəfləri çox olsa da, bəzi arzuolunmaz nəticələri var. Çünki cəmiyyətimiz üçün bu hal yeni sayıldığından tərəflər (həyat yoldaşları) bir-birilərinin fikirləri ilə razılaşmaya bilir. Ona görə də ailədaxili münaqişələr yaranır. Nəticədə boşanmaya səbəb yaranır. İllər keçdikcə sözügedən normallaşma daha da sürətləndiyi üçün boşanmaların sayı artır”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO