Fövqəladə Hallar Nazirliyində Azərbaycanın mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, iclas Komissiya sədrinin müavini fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun sədrliyi ilə baş tutub.
MÖVZU İLƏ BAĞLI:
Müdafiə Nazirliyindən həftəlik İCMAL - VİDEO
İclasda mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın qarşısında duran vəzifələr barədə danışılıb.
İclasda, həmçinin planın hazırlanması ilə əlaqədar Komissiya üzvlərinin təklifləri səsləndirilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və görüləcək tədbirlərin konkret istiqamətləri müəyyən olunub.
Bizim.Media