“Ermənilərin hərbi hissəyə necə soxulmasını və silahları oğurlamasını xatırlayıram” - Andrey Baranov - VİDEO

“Ermənilərin hərbi hissəyə necə soxulmasını və silahları oğurlamasını xatırlayıram” - Andrey Baranov - VİDEO

Hazırda oxunan: “Ermənilərin hərbi hissəyə necə soxulmasını və silahları oğurlamasını xatırlayıram” - Andrey Baranov - VİDEO

5683

Biz Xankəndinin mərkəzində yerləşən qadın texnikumunda yerləşmişdik. Bu, daxili qoşunların batalyonu idi. Oradan getdikdən iki həftə sonra onları elə həmin əsgərlərin qoruduğu yerli ermənilər tərksilah etdilər.

Bizim.Media xəbər verir ki, bu barədə “Dojd TV” telekanalına müsahibəsində birinci Qarabağ müharibəsi zamanı hərbi qulluqçu kimi Azərbaycanın əvvəllər işğal edilmiş ərazilərində xidmət edən Andrey Baranov danışıb.

“Onlar hesab edirdilər ki, bu cür müdafiə onlara lazım deyil, yaxşısı silah əldə etməkdir. Onlar hərbçiləri nahar edərkən yaxaladılar”, - deyə A.Baranov bildirib.

Onun sözlərinə görə, insident zamanı üç əsgər yaralanıb.

A.Baranov həmçinin etiraf edib ki, sözügedən münaqişədə Azərbaycan tərəfinə rəğbət bəsləyir, çünki azərbaycanlılar bu cür şeylərlə məşğul olmayıb. (Oxu.az)

Bizim.Media

 



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO