Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış və 3 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Bizim.Media FHN-nin saytına istinadən xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
MÖVZU İLƏ BAĞLI:
Masallıda 80 yaşlı qadın yaşadığı evdə yanaraq öldü
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 10 nəfər xilas edilib. Yanğınlar zamanı 1 nəfər xəsarət alıb, 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media