Xanlar Vəliyev: “Azərbaycanda hərbi cinayətlərin sayı azalıb” 

Xanlar Vəliyev: “Azərbaycanda hərbi cinayətlərin sayı azalıb” 

Hazırda oxunan: Xanlar Vəliyev: “Azərbaycanda hərbi cinayətlərin sayı azalıb” 

56501

"Aidiyyatı dövlət orqanları ilə birgə səmərəli fəaliyyət nəticəsində 2020-ci illə müqayisədə 2021-ci ildə qeydə alınmış tabeçilik qaydaları əleyhinə cinayətlər 6 % azalıb". 

Bizim.Media xəbər verir ki, bunu Hərbi prokuror Xanlar Vəliyev deyib. 

“Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 42,4 %;

Hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 25,0 %; Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 20,8 %;
Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 17,6 %;

Qulluğa səhlənkar yanaşma cinayətləri 7,1 % və qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 25,0 % azalmışdır”, - Hərbi prokuror qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO