Salyanda “avtoş”luq edən şəxs saxlanıldı – FOTO  

Salyanda “avtoş”luq edən şəxs saxlanıldı – FOTO  

Hazırda oxunan: Salyanda “avtoş”luq edən şəxs saxlanıldı – FOTO  

56419

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edən sürücünü saxlayıb. 

Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon sakini Vidadi Doj idarə etdiyi "VAZ" markalı avtomobil ilə gecə saatlarında yollarda intizamsızlıq edərək avtoxuliqanlıq hərəkətləri edib və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub. 

Həmin şəxs RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunacaq baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə V.Doj sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla 500 manat məbləğində cərimə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO