Hacıqabulda qadın avtobusun altında qalaraq öldü

Hacıqabulda qadın avtobusun altında qalaraq öldü

Hazırda oxunan: Hacıqabulda qadın avtobusun altında qalaraq öldü

56384

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qadın iri tutumlu avtobusun altına düşərək hadisə yerində ölüb. 

Hadisə zamanı qadının yolda quraşdırılan dəmir səddin üzərindən keçmək istədiyi deyilir.

Sözügedən avtobus isə Bakı-Mingəçevir marşrutu üzrə hərəkət edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO