20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyəti olan hadisədir. 32 il ötməsinə baxmayaraq bu tarix hər il xalqımız tərəfindən böyük ehtiramla yad edilir.
Ötən 32 ildə isə Azərbaycanın yeni tarixi, müstəqilliyi dönəmində doğrudan da çox ağrılı-acılı günlər oldu, böyük itkilərlə müşayət olunan hadisələr yaşadıq. 2020-ci ilin 27 sentyabrından başlayıb 8 noyabrında Böyük Zəfərlə sonuclanan möhtəşəm iftixarımıza qədər başımıza çox fəlakətlər gəldi.
Bizim.Media olaraq biz də 20 Yanvar öncəsi yaşı bu hadisənin tarixindən daha kiçik olan vətəndaşlarımızla sorğu keçirdik. Nəticəsini video materiala baxdıqdan sonra hasil edə biləcəksiniz.
MÖVZU İLƏ BAĞLI:
Bakı buxtasındakı dəmir SİPƏRLƏR: Kapitan köməkçisi hadisə yerində nələri danışdı? – VİDEO
Bizimsə münasibətimiz tənqidi və ya ittiham edici deyil. Sadəcə, təəssüf var. Təəssüfümüz bu gənclərin tariximizdəki hadisələrin mahiyyətini qarışdırmaqlarında təhsilimizin mövcud durumudur.
Bu sorğu da göstərir ki, biz təhsilimizə çox böyük dönüş etməli, islahatlar aparmalıyıq. Çünki təhsili zəif olan xalqların gələcəyində fəlakətlər, faciələr daha çox olur.
Düşünmək vaxtıdır, cənablar!
Videosorğunu təqdim edirik:
Şahnaz, Bizim.Media