“20 Yanvar faciəsini bu il daha fərqli qeyd edirik” – Hikmət Hacıyev

“20 Yanvar faciəsini bu il daha fərqli qeyd edirik” – Hikmət Hacıyev

Hazırda oxunan: “20 Yanvar faciəsini bu il daha fərqli qeyd edirik” – Hikmət Hacıyev

56279

“Bu gün xalqımız 20 Yanvar faciəsini torpaqlarını işğaldan azad etmiş məğrur, qürurlu tariximizin ayrılmaz hissəsi kimi qeyd edir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanında jurnalistlərə müsahibəsində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Hikmət Hacıyev: “İlham Əliyev xalqımızın həsrətinə son qoyub” – FOTO


O, bu ilki hüzn günümüzün əvvəlki illərdən fərqli olaraq qeyd edildiyini xüsusilə vurğulayıb:

“Rəhmətlik ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə və ilk günündən 20 Yanvar faciəsinə respublika səviyyəsində qiymət verildi və Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi kimi tariximizin ayrılmaz bir hissəsinə çevrildi. Bu gün 20 Yanvar faciəsini əvvəlki illərdən fərqli olaraq qeyd edirik. Azərbaycanın torpaqları artıq işğaldan azad olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”, -deyə Hikmət Hacıyev əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO