Saatlıda toy məclisində karantin qaydaları pozuldu

Saatlıda toy məclisində karantin qaydaları pozuldu

Hazırda oxunan: Saatlıda toy məclisində karantin qaydaları pozuldu

56237

Saatlıda rayonunda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı “Arzu” şadlıq sarayında təşkil edilən toy mərasimində müəyyən edilən say həddindən artıq qonağın iştirak etməsi müəyyən olunub.

Qayda pozuntusuna yol verən obyektin icarədarı İ.Quliyev barəsində qanunvericiliyə uyğun tədbir görülüb və o, 4 000 manat cərimə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO