"Neftçala market"i darmadağın etdi - Nisyə verilmədiyi üçün...

Hazırda oxunan: "Neftçala market"i darmadağın etdi - Nisyə verilmədiyi üçün...

56218

Neftçala rayonunda marketə basqın edilib.

Bizim.Media-nin yerli bürosu xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Bankə qəsəbə sakini, 1980-ci il təvəllüdlü Təhməzov Azad Əbülfəz oğlu şəhər ərazisində yerləşən “Neftçala market" adlı ərzaq mağazasına daxil olaraq nisyə mal istəyib.

Satıcıların bundan imtina etməsinə etiraz əlaməti olaraq əlindəki dəmir parçası ilə vitrinləri dağıdıb.

Qeyd edək ki, sözügedən şəxs polis tərəfindən saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO