20 Yanvar əlillərinə və şəhid ailələrinə birdəfəlik maddi yardım ÖDƏNİLDİ

20 Yanvar əlillərinə və şəhid ailələrinə birdəfəlik maddi yardım ÖDƏNİLDİ

Hazırda oxunan: 20 Yanvar əlillərinə və şəhid ailələrinə birdəfəlik maddi yardım ÖDƏNİLDİ

56172

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə və 20 Yanvar əlillərinə birdəfəlik maddi yardım edilib.

Bizim.Media xəbər verir ki, bu kateqoriyalara aid ümumilikdə 333 nəfərin hər birinin bank hesabına 200 manat məbləğində birdəfəlik maddi yardım köçürülüb.

Bakı şəhərində qeydiyyatda olanlar Beynəlxalq Bankın Bakı şəhərindəki istənilən filialına, digər şəhər və rayonlarda qeydiyyatda olanlar isə Beynəlxalq Bankın həmin ərazilər üzrə filiallarına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik maddi yardımı almaq üçün bank kartlarını götürə bilərlər.

Qeyd edək ki, digər sosial ödənişlərdə artımlar edildiyi kimi, bu birdəfəlik maddi yardımın məbləği də ötən ilə nisbətən 2 dəfə artırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO