Bakının bu ünvanında 11 bina SÖKÜLÜR: Sakinlərə 2 illik kirayə haqqı ödənəcək - VİDEO

Bakının bu ünvanında 11 bina SÖKÜLÜR: Sakinlərə 2 illik kirayə haqqı ödənəcək - VİDEO

Hazırda oxunan: Bakının bu ünvanında 11 bina SÖKÜLÜR: Sakinlərə 2 illik kirayə haqqı ödənəcək - VİDEO

56104

Xəbər verdiyimiz kimi, Nizami rayonu ərazisində yaşayışa tam yararsız olan 11 bina sökülür. Yararsız binalardan biri də Rüstəm Rüstəmov 88-98 ünvanında yerləşən binadır.

Bizim.Media xəbər verir ki, "ARB TV" binanın son vəziyyəti ilə bağlı bina sakinləri ilə görüşərək söhbətləşib.

Sakinlər evlərdə istilik sistemi olmadığını və binaların yaşayışa yararlı olmadığını bildiriblər. 1960-cı ildə istifadəyə verilən və indiyədək 90 ailənin yaşadığı bina yaşayış üçün tam yararsız olduğundan söküləcək və yerinə müasir standartlara cavab verən yeni bina tikiləcək.

Sakinlərə daşınma pulu ödəniləcək. Həmçinin proses davam edənədək 90 ailənin 2 il müddətində aylıq 350 manat kirayə haqqı qarşılanacaq.

Qeyd edək ki, ərazidəki 11 bina mərhələli şəkildə söküləcək. İlkin mərhələdə 4, növbəti mərhələdə isə 6 bina söküləcək.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO