Bakıda restoranda yas məclisi təşkil edənlər həbs edildi - VİDEO

Bakıda restoranda yas məclisi təşkil edənlər həbs edildi - VİDEO

Hazırda oxunan: Bakıda restoranda yas məclisi təşkil edənlər həbs edildi - VİDEO

56084

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir zamanı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq Lökbatan qəsəbəsində yerləşən “Lion Garden” restoranında karantin qaydalarına zidd olaraq yas mərasimi keçirildiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, polislər həmin obyektə baxış keçirərkən karantin qaydalarının kobud şəkildə pozulduğunu aşkar ediblər.

Restoranı icarə əsasında işlədən Elməddin Əliyev və yas mərasimini təşkil edən Vasif Yəhyayev saxlanılaraq Polis İdarəsinə gətirilib. 

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 8 sutka inzibati qaydada həbs edilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO