Ötən il milli parkları 218 mindən çox turist ziyarət edib

Ötən il milli parkları 218 mindən çox turist ziyarət edib

Hazırda oxunan: Ötən il milli parkları 218 mindən çox turist ziyarət edib

56001

Ötən il milli parkları 218 mindən çox turist ziyarət edib. Ziyarətçilərin 1168-i xarici, qalanı yerli turistlər olublar.

Bizim.Media xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

A.Səmədova son illərdə milli parkları ziyarət edənlərin statistikasını açıqlayaraq bildirib:

“2020-ci ildə həmin rəqəm 41 min 168, 2019-cu ildə 98 min 837, 2018-ci ildə isə 80 min 384 nəfər təşkil edib.

Pandemiya səbəbindən turistlərin sayında artım ya azalma tendensiyası bir düz xətt üzrə getməyib. Lakin ötən il əvvəlkilərə baxanda daha çox turist gəlib. Ən çox ziyarət olunanlar Göygöl, Abşeron, Hirkan, Şahdağ Milli parklarıdır. Turist sayı aylara, mövsümlərə də görə dəyişir.

Belə ki, köçəri quşların gəldiyi vaxtlarda su-bataqlıq ərazilərinə malik olan milli parklara gedən turistlərin sayı çoxalır.
Yayda Göygöl Milli Parkının ziyarətçiləri daha çox olur. Digərləri ilə müqayisədə daha çox turist Göygöl Milli Parkına gəlsə də, həmin rəqəmlər mövsümlərə görə dəyişə bilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO