Könüllü həkimlər 300-dən çox şəhid ailəsi və qazini müayinə etdi - FOTO

Könüllü həkimlər 300-dən çox şəhid ailəsi və qazini müayinə etdi - FOTO

Hazırda oxunan: Könüllü həkimlər 300-dən çox şəhid ailəsi və qazini müayinə etdi - FOTO

55913

Yanvarın 15-ində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında “Azərbaycan Regionlarında Şəhid ailələri və Qazilərin sağlamlığı” adlı layihə baş tutub.

Bizim.Media xəbər verir ki, tədbir Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə dəstəyi ilə baş tutub.

Aksiya çərçivəsində 40 könüllü həkim 21 ixtisas üzrə Biləsuvar və digər rayonlarda yaşayan, 300-dən çox Şəhid ailəsi və Qaziləri müayinə və müalicə ediblər.

Xəstələr dərman preparatları ilə təmin olunublar. Aksiya zamanı xəstəlik aşkarlanmış vətəndaşların sonrakı mərhələdə tam müayinələrdən keçirilməsi, müalicəsi və zərurət olduqda cərrahi əməliyyatları həyata keçiriləcək.
Qeyd edək ki, “Azərbaycan Regionlarında Şəhid ailələri və Qazilərin sağlamlığı” adlı layihənin növbəti aksiyasının yanvarın 29-unda Quba rayonunda keçirilməsi nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO