Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müntəzəm səfərlərlə bağlı sayt yaradılıb.
Bizim.Media xəbər verir ki, yolumuzqarabaga.az portalı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, texniki tərəfdən isə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılıb.
MÖVZU İLƏ BAĞLI:
7 gün sonra Şuşaya avtobus marşurutu açılır – Getmək istəyənlərə hansı tələb qoyulacaq? – RƏSMİ CAVAB
İnternet resursunun işə düşəcəyi tarixlə bağlı məlumat veriləcək.
Xatırladaq ki, yanvarın 24-dən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir.
Nəzərdə tutulan marşrut xətləri Bakı - Şuşa - Bakı, Bakı - Ağdam - Bakı, Əhmədbəyli - Şuşa - Əhmədbəyli, Bərdə - Ağdam – Bərdə, Füzuli BHL – Şuşa – Füzuli BHL-dir.
Sərnişindaşımada sistemliliyin, növbəliliyin təmin edilməsi, kvotalara ciddi riayət edilməsi, müvafiq məlumat bazasının formalaşdırılması üçün marşrut xətləri üzrə bilet satışının onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulur.
Bizim.Media