Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Şamaxı rayonunun İkinci Çaylı kəndində baxımsız və sosial təhlükəli vəziyyətdə yaşayan uşaqlara görüşüb.
MÖVZU İLƏ BAĞLI:
Şamaxıda baxımsız qalan uşaqlar sığınacağa gətirildilər - FOTO/YENİLƏNİB
Bizim.Media xəbər verir ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilən 5 azyaşlının saxlanma şəraiti, səhhəti, psixoloji durumu, həmçinin təhsil və digər hüquqlarının müdafiəsi ilə bağlı vəziyyəti öyrənib.
Ombudsman görüşdə uşaqların hüquqlarının təmini vəziyyətinin, o cümlədən onların doğumunun qeydə alınması ilə bağlı məsələnin nəzarətdə saxlanılacağını bildirib.
Bizim.Media