Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri” barədə qərarda dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Qeyd edilib ki, əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxil edilir.
MÖVZU İLƏ BAĞLI:
Müəllimlərlə bağlı VACİB QƏRƏR: 799 manat maaş alacaqlar
Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 14,70 manat, dosent və ya fəlsəfə doktoru üçün 10,70 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 7,20 manat məbləğində müəyyənləşdirilir.
Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 9,40 manat, geyimsiz naturada isə 15,50 manat məbləğində müəyyən olunur.
Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.
Bizim.Media