DİQQƏT - Martda avtomobillər 20 faiz BAHALAŞACAQ  

DİQQƏT - Martda avtomobillər 20 faiz BAHALAŞACAQ  

Hazırda oxunan: DİQQƏT - Martda avtomobillər 20 faiz BAHALAŞACAQ  

55825

Mart ayında avtomobil bazarında ciddi bahalaşma olacağı gözlənilir. Ekspertləndirin bildirdiyinə görə ən azı inflyasiya səviyyəsində bahalaşma olacağı istisna olunmur. Qiymətlərə dünya iqtisadiyyatında baş verən bir sıra amillərin təsir etdiyi bildirilir. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Akif Nəsirli ən azı avtomobil bazarında 20 faiz bahalaşma olacağını istisna etməyib:
 

MÖVZU İLƏ BAĞLI:

“Parkovka” DÜYÜNÜ – Vahid parklama qura bilməyən BNA cərimə yığmağa 6 milyon XƏRCLƏYİB


“Bütün dünyada bahalaşma gedir. Azərbaycanda da maşın istehsal edilmir. Bu, qiymət artımına təsir edən ən vacib səbəbdir. Bundan əlavə bütün mal və xidmtlərin, eləcə də məhsulların qiyməti qalxıbsa, maşın alveri ilə məşğul olan insanlar da mənfəəti artırmaq üçün qiymətləri qaldıra bilər. Azərbaycanda idxal zamanı qanuni rüsumların da qiyməti artırılıb. Ümumi rüsumlar bir yana, idxalçının əlindəki qiyməti əks etdirən faktora məhəl qoyulmur. İdxalçı isə məcburdur ki, Azərbaycana daxil olandan sonra qiymətləri 5-10 manat daxili bazardakı qiymətlərdən baha satsınlar.
 

Bu, karusel əməliyyatı vaxtaşırı olaraq maşın bazarında qiymətlərin artmasını şərtləndirir. Bir sözlə Azərbaycanda gömrük faktoru və dünyada qiymətlərin bahalaşması maşın bazarında qiymətlərin artmasına ciddi təsir göstərə bilər”.


İqtisadçı əlavə edib ki, ölkədə 1 il ərzində maşın bazarnda sabitlik olub:

“Son 6-7 ayda da sabitlik hökm sürür. Ərzaq bazarında ilboyu 30 faiz bahalaşma olub ki, onun 15 faizi son 5-6 aya düşür. Bunu nəzərə alsaq, avtomobil bazarında da 10-20 faiz bahalaşma gözləniləndir”. 

Qeyd edək ki, yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən xaricdən idxal edilən və mühərrikin həcmi 3000 kubsantimetrdən yuxarı avtomobillər üçün aksiz vergisinin dərəcəsi artırılıb. Sözügedən qərar istehsal tarixi 3 ildən artıq, həmçinin dizel mühərrikli nəqliyyat vasitələrinə də şamil olunub. Bu dəyişiklik bazara təsirsiz ötüşməyəcək.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO