Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə başlanıldı

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə başlanıldı

Hazırda oxunan: Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə başlanıldı

55708

Şəhidlər xiyabanında 20 yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı anım mərasiminin hazırlıq işlərinə başlanılıb.

Bizim.Media xəbər verir ki, ərazidə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qurumları tərəfindən cari təmir, geniş təmizlik və abadlıq işləri görülür.

Xiyabanda faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunub.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, 1990-cı il yanvar ayının 19 dan 20-nə keçən gecə Sovet Ordusu tərəfindən Bakıda dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO