“Quduzlaşmış qohumundan qorxub özünü pəncərədən atdı” – Həkimlərdən ŞOK TƏFƏRRÜAT

“Quduzlaşmış qohumundan qorxub özünü pəncərədən atdı” – Həkimlərdən ŞOK TƏFƏRRÜAT

Hazırda oxunan: “Quduzlaşmış qohumundan qorxub özünü pəncərədən atdı” – Həkimlərdən ŞOK TƏFƏRRÜAT

55413

"Quduzluq xəstəliyinə yoluxmuş kişi qışqıraraq yanına gəlmiş qohumundan iki əlli yapışmaq istədi, əlindən gücdən qurtulan qohumu qorxusundan xəstəxananın mətbəxinə qaçıb özünü qapalı pəncərəyə çırparaq bayıra atıldı".

Bu olay haqqında Bizim.Media-ya Mingəçevir xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinin müdiri Şəfəq Kərimova danışıb.

Hal-hazırda itqapmalarının sayı çoxaldığından bu məsələni bir az diqqət mərkəzinə gətirmək istədik.

Çünki əksər vətəndaşlarımız belə hadisələrə o qədər də əhəmiyyət verməyərək sonunda faciələrə vəsilə olurlar. Biz də həkimlərimizlə görüşüb onların təcrübələrində olan bu cür hadisələri hekayət etmələrini istədik. 

Şəfəq Kərimova deyir ki, bu faciəli hadisələrdən biri bir neçə il öncə Mingəçevir şəhərinin İnfeksion Xəstəliklər şöbəsində yaşanıb. Quduzluq xəstəliyinə yoluxan və ömrünün son saatlarını yaşayan Yevlax rayonundan olan taksi sürücüsü tibb heyətinə və onu ziyarət edən doğmalarına inanılmaz qorxunc anlar yaşadıb.

Eynən filmlərdə olduğu kimi. Hətta bu hadisə barədə xəbər tutan şəhər sakinləri xəbərin şokundan uzun müddət özünə gələ bilməmişdi. Arada şayələr dolaşırdı ki, guya quduzlaşan şəxsi həkimlər iynə ilə öldürərək zərərsizləşdirib:

“İnanın ki, həmin vaxt xəstəxanada xəstə əlindən tərpənmək olmurdu. Həyətində öz iti ilə nəvaziş təmasında olan heyvansevərlər də axın - axın xəstəxanaya gələrək hər ehtimal təhlqkəsizlik üçün özünə quduzluq əleyhinə peyvənd vaksini vurdururdu”. 

Bəs əslində nə baş vermişdi?

Yevlax rayon Xaldan qəsəbəsində taksiçilik fəaliyyəti ilə məşğul olan Əbülfəz adlı 53 yaşlı kişi səhətində yaranmış problem səbəbindən doğmaları tərəfindən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına gətirilir. Psixoloji naratlıqları nəzərə alınaraq o müayinə üçün qadın nevroptoloq həkimə göndəriş alır. Elə hər şey də bundan sonra üzə çıxır.
 

Xəstənin arzuolunmaz davranışlarlnın səbəbini aydınlaşdırarkən həkmə bəlli olur ki, Əbülfəzin barmaq nayihəsini 37 gün öncə təsadüfən küçə iti dişləyib amma o hadisəyə etinasız yanaşıb.Əslində isə dişləyən quduz it olub.


Hadisənin şahidi olan və bugünə kimi o qorxunc hadisənin təsirindən çıxa bilməyən İnfeksion Xəstəliklər Şöbəsinin müdiri Şəfəq Kərimovanın məlumatına görə nevropatoloq  dərhal şübhəli durumla bağlı onların şöbəsini məlumatlandırıb:

"Çox çətinliklə və doğmalarının köməyi ilə onu öz şöbəmizə gətirdik.Açığı mən nəzəri cəhətdən quduzluq xəstəliyi haqqında çox oxuyub çox şey öyrənmişdim.Yetərincə itin hücumuna məruz qalan pasient də görmüşdüm.Amma belə qorxunc  hadisənin şahidi olmamışdım.Əvvəla onu deyim ki ,Xaldan qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olan Əbüləzi küçədə bir kiçik it dişləmişdi  barmaq nayihəsindən həm də o itə sığal çəkib əzizləmək istədiyi zaman.Yaxınlarının məsləhəti ilə o Xaldan tibb məntəqəsinə gedərək oradakı mütəxəssisləri aldadıb ki, barmağıma paslı mismar batıb.
 

Onlar da kişiyə quduzluq əleyhinə vaksin əvəzinə adi iynə vurub.Əslində onu dişləyən quduz it olub və tədricən orqanizmi quduzluq xəstəliyinə yoluxub". 


Şəfəq Kərimova xəstənin onların şöbəsinə gətirildiyi an ona kömək etməkdə aciz olduqlarını deyir: 

"Quduzluğa yoluxma gizlincə 37 gün irəliləmişdi. Xəstəni ölümdən sadəcə bir iki gün, bəlkə də saatlar ayırırdı. Bizə düşən xəstəliyin ətraf üçün şiddətini azaltmaq üçün xəstəni dərman pereparatları ilə normal şəkildə təcrid edib sakitləşdirmək idi. Az öncə dediyim kimi praktikada bu durumda xəstə ilə qarşılaşmadığımızdan bəlkə də naşılıq edib sakitləşdirici dozanı normadan aşağı səviyyədə tətbiq etdik. Elə bu səbəbdən də onun da acı nəticələrinin şahidi olduq".

Həkimin və hadisə şahidlərinin sözlərinə görə axşam saatlarından başlayaraq xəstənin aqressivliyi artıb və davranışları idarəolunmaz hal alıb.

Şəfəq Kərimova bildirir ki, Əbülfəz qışqırbağır salaraq palatanın altını üstünə çevirdi və bu işi  dəhlizdə davam etdirdi:
 

“Hətta heyvanlara xas xüsusiyyətlərə qarşısına çıxan tibb heyətinə hücum etməyə başladı. Hamı başını itirib qorxu içində bir yana qaçırdı. Mütəxəssis olaraq bilirdik ki, bu xəstəliyin son aqresiyasıdır.


O, az sonra ayaqlarından iflic olacaq. Belə də oldu. Bu anlarda onu ziyarətə gəlmiş kişi qohumundan qorxunc səslə qışqırıb iki əlli yapışaraq özünə tərəf çəkmək istədi. Qorxudan və həyəcandan özünü itirən qohum əlindən qurtulub nəzarətsiz şəkildə qaçmağa başladı. Öncə ayaqyoluna, ordan isə çaparaq mətbəxə üz tutdu. Təsəvvür edin panika içində özünü mətbəxin qapalı pəncərəsinə çırparaq pencərə qarışıq bayıra atıldı. Əslində hamı özünü itirmişdi. Ayaqları iflic olsa da ona yaxınlaşmaq mümkün deyldi. Təcili psixonevroloji dispanserdən kömək istədik. Sağ olsunlar onların köməyi ilə iynə vurub son saatlarını yaşayan kişini çarpayıya bağladıq. Heç bir gün çəkmədi ki, o keçindi".

Şəfəq Kərimova quduzluq xəstəliyinə yoluxanlar üçün bəzi xarakterik əlamətlər barədə də danışıb. Belə ki, bu xəstələr suya ikrah və qorxu hissi ilə yanaşır. Hətta su kəlməsini eşidərkən belə onlarda tənəffüs çatışmazlığı və boğulma halı yaşanır. Eynən küləkli havalarda da boğulma və aqresivlik artır. Danışıq və davranış tərzi tam itir. Amma bu xəstəlik heç bir halda insandan insana keçmir.
 

Məsələn Əbülfəz dayısını çox sevən bacısı qızı daim təmasda olduğu üçün ağır xəstəliyə çevrilə biləcək qədər  çox qorxubmuş. Həkimlərin təkidinə bazmayaraq o dəfələrlə quduzluq əleyhinə vaksinlər vurdurub. 


Maraqlıdır ki, bu hadisədən iki il sonra Xaldan qəsəbəsindən quduzluğa yolixmuş başqa bir şəxs infekion xəstəliklər şöbəsinə gətirilir.

Amma bu dəfə 37 yaşlı bir qadın olur. Doktor deyir ki, qadını küçədə ac itə çörək vermək istərkən it onu yüngül dişləmişdi:

“Təəssüf ki, qadın önəm verməyib amma sən demə o quduzlaşmış it olub. Açığı əvvəlki hadisədən fərqli olaraq biz kifayət qədər təcrübəli idik. Qadının son anına kimi aqresiv davranıb ətrafəndakıları qorxuya salmasına imkan vermədik. Amma açığı nə etsək də o anda düşüncə tərzi dəyişmir xəstədə. Yadımdadır qohumları dolma bişirib gətirmişdi. Xəstə qadın onu itəliyərək yerə çırpdı ki, “bu nədir mənə it əti bişirib verirsiniz”.
 

Bir sözlə Allah kimsəyə göstərməsin.Oxşar duruma düşməmək üçün hevan dişləmə ya cırmaqlama hallarında dərhal tərəddüd etmədən həkimə üz tutmaq lazımdır. Fərq etməz ev heyvanı ilə təmas etmisiniz, yoxsa çöl heyvanı ilə”. 


Belə. Bu hekayəni diqqətinizə çatdırmaqda məqsədimiz isə birdir: Başa düşmək lazımdır ki, quduzluğu  nəzarətsiz buraxıb sonr sağaltmaq mümkün olmur. Bu xəstəlik insanı 40 gün ərzində urvatsız ölümə aparır. Ehtiyatlı olun, özünüzü qoruyun!

Ehtiram Muradov Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO