Bu xidmət üzrə tariflər 10 manatdan 80-ə qaldırıldı – RƏSMİ

Bu xidmət üzrə tariflər 10 manatdan 80-ə qaldırıldı – RƏSMİ

Hazırda oxunan: Bu xidmət üzrə tariflər 10 manatdan 80-ə qaldırıldı – RƏSMİ

55360

Azərbaycanda təhlükəli tibbi tullantılarla bağlı tariflər artırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Tarif (qiymət) Şurasının iclasında qərar qəbul edilib.

Məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi müraciətində təhlükəli tibbi tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidməti üzrə son tarif tənzimlənməsinin 1 avqust 2014-cü ildə həyata keçirildiyi, mövcud tarifin xərcləri ödəmədiyi və potensial sahibkarların bu sahəyə investisiya yatırmasına və keyfiyyətli xidmətin göstərilməsinə çətinliklər yaratdığı qeyd edilir.

Bu sahədə effektiv idarəetmənin təmin olunması üçün Tarif (qiymət) Şurasının qərarı ilə tibbi tullantılar üzrə tarif də digər təhlükəli tullantılar üzrə tarifə uyğunlaşdırılaraq, 80 manat/kubmetr səviyyəsində müəyyənləşdirilib.

Tarif dəyişikliyi nəticəsində subyektlərin dövlət büdcəsindən asılılığı azalacaq, büdcədə sərbəstləşən vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosialyönümlü tədbirlərə yönəldiləcək.

Qərar yanvarın 17-dən qüvvəyə minəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO