Tolikin MAXE-ləri təhqir etməsinə DİN-dən REAKSİYA

Tolikin MAXE-ləri təhqir etməsinə DİN-dən REAKSİYA

Hazırda oxunan: Tolikin MAXE-ləri təhqir etməsinə DİN-dən REAKSİYA

55322

Daxili İşlər Nazirliyi (DİN) canlı yayımda MAXE-ləri təhqir edən prodüser Tarix Əliyev (Tolik) barəsində məsələyə aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, mayor Elşad Hacıyev Bizim.Media-ya bildirib ki, Tarix Əliyev özü canlı yayımdakı fikirləri ilə bağlı izah verib: 

"Tarix Əliyev sosial şəbəkə hesablarında aralarında yaranan mübahisəyə aydınlıq gətirib".

Qeyd edək ki, Prodüser Tolik (Tarix Əliyev) canlı yayımda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını (MAXE) təhqir etmişdi.

“Tik-tok” sosial şəbəkəsində izləyiciləri ilə söhbət zamanı MAXE-lərlə bağlı nalayiq fikirlər səsləndirən Tolik bildirib ki, onu əsgərlər qoruyur:

“MAXE kimdir ki, məni qorusun? MAXE dövlətin kəbinli arvadıdır. Aybaay maaş alır. Məni qoruyan mənim əsgərimdir. MAXE yataqxanada yatanda, mənim əsgərim postda dayanır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO