Tərbiyəçinin uşağı döydüyü bağça ilə bağlı yeni faktlar üzə çıxdı - FOTO/VİDEO

Tərbiyəçinin uşağı döydüyü bağça ilə bağlı yeni faktlar üzə çıxdı - FOTO/VİDEO

Hazırda oxunan: Tərbiyəçinin uşağı döydüyü bağça ilə bağlı yeni faktlar üzə çıxdı - FOTO/VİDEO

55287

Sosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülər böyük rezonans doğurub.

Bizim.Media-nın məlumatına görə, xoşagəlməz hadisə bu həftə İsmayıllı rayonu 1 saylı körpələr evi-uşaq bağçasında baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Bağçada tərbiyəçi körpəni döydü - Ürəyi zəif olanlar baxmasın! - VİDEO


Bağçanın müdiri Abdullayeva Qalibə Əli qızıdır. O, 1989-cu ildən hadisənin baş verdiyi uşağ bağçasına rəhbərlik edir.

Tərbiyəçinin azyaşlının başına zərbə endirməsinə gəlincə, bu, qadının uşağın şəklini çəkdiyi an baş verib. Belə ki, tərbiyəçi göstəriş üçün şəkil çəkmək məqsədilə azyaşlıdan şirniyyatı ağzında tutmasını istəyib. Uşaq da buna əməl etməyincə, tərbiyəçi onun başına zərbə endirib.

Maraqlıdır ki, uşağ bağçasının sosial şəbəkə hesablarında uşaqların ağzında yemək olarkən çəkilmiş fotoları kifayət qədərdir.

Azyaşlının döyülməsini əks etdirən görüntünün yayılmasından sonra, digər uşaqların da şəkillərinin çəkilməsi zamanı zorakılığa əl atılıb-atılmaması sual yaradır.

Hadisə ilə bağlı həm Təhsil Nazirliyi, həm də Daxili İşlər Nazirliyi araşdırma başladıb.

Bizim.Media


 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO