Qatarlar gecikə bilər - Sürət həddi azaldıldı

Qatarlar gecikə bilər - Sürət həddi azaldıldı

Hazırda oxunan: Qatarlar gecikə bilər - Sürət həddi azaldıldı

55281

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti kəskin hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib.

Bizim.Media xəbər verir ki, qatarların hərəkətindən gecikmə ehtimalı var.

"Hörmətli sərnişinlər, Bakıda və Abşeron yarımadasında müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar təlimata uyğun olaraq, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün maşinist küləyin sürətinin yüksək olduğu ərazilərdə (dəniz kənarında, açıq sahələrdə) qatarın sürətini azalda bilər.

Belə şəraitdə qatarların hərəkətində gecikmələrin yaranması ehtimalı var.

Səfərlərinizi planlaşdırdığınız zaman bunu nəzərə almağınızı, həmçinin platformalarda diqqətli olmağınızı və təhlükəsizlik qaydalarına riayət etməyinizi xahiş edirik" - deyə, qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO