Mehriban Əliyevanın təşəbbüsü ilə daha bir məktəb təmir edildi - FOTO/VİDEO

Mehriban Əliyevanın təşəbbüsü ilə daha bir məktəb təmir edildi - FOTO/VİDEO

Hazırda oxunan: Mehriban Əliyevanın təşəbbüsü ilə daha bir məktəb təmir edildi - FOTO/VİDEO

55252

Goranboy şəhər 1 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Heydər Əliyev Fondu tərəfindən 700 şagird yerlik yeni bina inşa edilib.

Qeyd edək ki, məktəb binası 1937-ci ildə tikilib, 40 sinif otağından ibarət olub.

3 mərtəbəli 1 korpuslu məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz olunub.

Məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim və tibb otaqları, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları var.

Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO