Rusiyada yaşayan azərbaycanlılar şəhid ailəsinə ev tikib...

Rusiyada yaşayan azərbaycanlılar şəhid ailəsinə ev tikib...

Hazırda oxunan: Rusiyada yaşayan azərbaycanlılar şəhid ailəsinə ev tikib...

55227

Ağcabədi rayonunun Minəxorlu kəndində şəhid Atayev Tariyel Fəxrəddin oğlunun ailəsinə yeni ev tikilib.

İnşaat işləri “Dostluq” - Udmurtiya- Azərbaycan ictimai mərkəzi ətrafında birləşən həmvətənlərimizin könüllü şəkildə topladığı vəsait hesabına aparılıb.

Təşəbbüs Beynəlxalq Avrasiya Məbuat Fondu tərəfindən irəli sürülüb. 

Bizim.Media-nın Qarabağ bürosunun xəbərinə görə, yeni mənzil 2022-ci ilin yanvar ayının 14-də şəhidin ailəsinə təhvil veriləcək. 

Qeyd edək ki, Tariyel Atayev 2020-ci ilin noyabr ayının 7-də Şuşanın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Tarıyel Atayev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda əsgəri borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" (ölümündən sonra) medalı ilə təltif edilib.

O, həmçinin "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" (ölümündən sonra) medalları ilə də təltif olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO