Qubada şəhidin qəbri ziyarət edildi - FOTO

Qubada şəhidin qəbri ziyarət edildi - FOTO

Hazırda oxunan: Qubada şəhidin qəbri ziyarət edildi - FOTO

55220

Qubada 28 yaşında şəhid olmuş Taleh Salamovun tək yaşayan atası Ədalət Salamov yaşadığı evdə rayon rəhbəri tərəfindən ziyarət edilib.

Bizim.Media xəbər verir ki, rayon mərkəzindən 39 km aralıda yerləşən dağlıq Xırt kəndinə gələn Quba RİH başçısı Ziyəddin Əliyev əvvəlcə 3 gün sonra 30 yaşı tamam olacaq Vətən Müharibəsi şəhidi Taleh Salamovun kənd qəbristanlığındakı məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyub. Şəhidin ruhuna dualar oxunub.

Şəhid atası ilə evində söhbət edən rayon rəhbəri onun və məclisdə iştirak edən digər şəhid ailələrinin qayğıları ilə maraqlanıb, aidiyyatı təşkilatlara tapşırıqlarını verib.

Qeyd edək ki, 2020 -ci il oktyabr ayının 10-da Suqovuşanda şəhid olan Taleh Salamov evli idi, bir azyaşlı qızı var. Həyat yoldaşı uşağı ilə Salyan rayonunda -atasıgildə qalır.

Şəhid atasının diğər altı övladı -2 oğlu,4 qızı isə ailəlidirlər və müxtəlif yerlərdə yaşayırlar. Ata Ədalət Salamov isə şəhid oğlunun məzarı olan kənddən ayrılmaq istəmədiyindən evində tək yaşayır. Şəhidin anası isə bir neçə il əvvəl dünyasını dəyişib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO