Bərdə-Ağdam yolunun tikintisində SON VƏZİYYƏT – Şirvanlıda nə baş verir? 

Bərdə-Ağdam yolunun tikintisində SON VƏZİYYƏT – Şirvanlıda nə baş verir? 

Hazırda oxunan: Bərdə-Ağdam yolunun tikintisində SON VƏZİYYƏT – Şirvanlıda nə baş verir? 

55207

İşğaldan azad olunan Ağdam şəhərinə çəkilən avtomobil yolununn tikintisində işlər sürətləndirilib. Bərdə şəhərindən başlayan magistralın uzunluğu 44,5 kilometrə bərabərdir. 

14 kilometrə yaxın hissəsi Bərdə şəhəri və bu rayonun bir neçə kəndindən keçən yolun rayon sakinlərinə məxsus həyətyanı torpaq sahələrinə düşən hissəsi vətəndaşların razılığı ilə inşaat sahəsinə daxil edilib.

Magistral avtomobil yolunun əhatə etdiyi həyətyanı sahələrdə köhnə hasarlar sökülərək yolun mühafizə zolağından uzaqlaşdırılır. Əvəzində isə dövlət hesabına yeni hasarlar çəkilir.

Həmin ərazilərdəki qaz, rabitə, su və elektrik xətləri dəyişdirilərək yeniləri ilə əvəz edilir və müasir standartlara uyğunlaşdırılır. 

Hazırda yol inşaat işləri Bərdə rayonunun Şirvanlı kəndində həyata keçirilir. Yeni avtomobil magistralı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən hazırlanan “Qarabağın İnkişaf Planı”nda nəzərdə tutulduğu kimi, 4 zolaqdan ibarətdir.

Yol üzərində 79 ədəd dairəvi suötürücü qurğu, 5 düzbucaqlı su keçidi, gələcəkdə baş verən infrstruktur dəyişikliyi zamanı yola zərər verilməməsi üçün 5 yeraltı keçid, 2 avtomobil körpüsü, 1 yol ötürücü quraşdırılacaq.

Bundan başqa, yol boyu hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 8 nöqtədə geriyə dönmə nöqtəsi, 24 yerdə isə avtobus dayanacağı inşa ediləcək.

Yeni çəkilən magistral yol xətti çəkilməkdə olan Ağdam-Füzuli avtomobil yolu ilə birləşdiriləcək.

Bu birləşmə Ağdam şəhəri ərazisində inşa olunacaq yol qovşağının hesabına həyata keçiriləcək.

Bir sözlə, Bərdə-Ağdam magistral avtomobil yolu ilə hərəkətə başlayıb Füzuli rayonu ərazisində “Zəfər yolu”na, buradan isə Zəngəzura çəkilən yeni avtomobil yoluna çıxmaq və əks istiqamətdə getmək mümkü olacaq.

Xatırladaq ki, yeni yolun inşası işğaldan azad edilən Ağdam rayon ərazisindən başlayıb, hazırda Tərtər və Bərdə rayonları ərazisində davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO