Gəncədə tanışını öldürməkdə təqsirləndirilən Sərdar Cəfərova hökm oxunub və o, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qeyd edək ki, hadisə 2021-ci il fevral ayının 19-da Gəncə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini, 2002-ci il təvəllüdlü Musayeva Pərvin Xəqani qızının itkin düşməsi ilə bağlı Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinə məlumat daxil olub.
MÖVZU İLƏ BAĞLI:
Gəncədə şəhid adından pul yığdı - FOTO
Daha sonra məlum olub ki, gənc qız qətlə yetirilib.
Araşdırmalarla P.Musayevanın tanışı, 2001-ci il təvəllüdlü Cəfərov Sərdar Saləddin oğlunun həmin tarixdə özünə məxsus avtomobildə qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı onu boğaraq öldürüb. Daha sonra o, meyiti Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı əraziyə atıb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
S.Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Bizim.Media