Sumqayıtda narkotik satan şəxslər saxlanıldı - FOTO

Sumqayıtda narkotik satan şəxslər saxlanıldı - FOTO

Hazırda oxunan: Sumqayıtda narkotik satan şəxslər saxlanıldı - FOTO

55096

Sumqayıt şəhərinin müxtəlif ərazilərində həyata keçirilən əməliyyatlar nəticəsində narkotik maddələr satan 3 nəfər tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 1987-ci il təvəllüdlü Rafail Hüseynov, 1995-ci il təvəllüdlü Ülvi Saqiyev və 1966-cı il təvəllüdlü Tahir Bayramov saxlanılıb.

R. Hüseynovun üzərinə keçirilən baxış zamanı onun üzərindən 2 kq marixuana, 6 qram metamfetamin və 3 qram heroin aşkar edilərək götürülüb.

Ü. Saqiyev və T.Bayramovun üzərindən isə müxtəlif çəkilərdə heroin çıxıb.

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar aparılır. Adları çəkilən şəxslərin hər biri istintaqa təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO