Ağdam rayonunun yaşayış məntəqələrinin əkin sahələrində siçanabənzər gəmiricilərin çoxaldığı müşahidə olunur.
Bizim.Media-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Ergi, Əfətli, Qaradağlı, Zəngişallı, Qərvənd kəndləri ərazisində əkin altında olan torpaq sahələrində zərərvericilərin artımı diqqət çəkir.
Xüsusilə, taxıl və yonca sahələrində dən və yaşıl yem kütləsinin bol olduğu sahələrdə gəmiricilərə qarşı mübarizə tədbirlərinə başlanılıb.
Zərərverici sürülərinin daha çox rast gəlindiyi ərazilərdə zərərveiricilərə qarşı dövlət büdcəsininin vəsaiti hesbına Ağdam Rayon İcra hakimiyyətinin müfaviq bölməsinin və Dövlət Aqrar İslahat Mərkəzinin Bitki Mühafizə mərkəzi tərəfindən mübarizə aparılır.
Qeyd edək ki, əvvəllər də Ağdamın yaşayış məntəqələrində bu kimi hala rast gəlinib. Ancaq müvafiq dövlət qurumları tərəfindən əkin sahələrində siçanabənzər gəmiricilərə qarşı tərdbirlər həyata keçirilib.
Rayon ərazisində əkin altında olan taxıl sahələrində isə taxıl böcəyi kimi tanınan zərəvericilər də müşahidə olunmamqdadır.
İndiyədək, bu zərərverici növünün iqtisadi zərər həddini aşdığı 250 hektar taxıl sahəsində mübarizə tədbirləri həyata keçirilib. Hazırda rayon ərazisindəki əkin sahələrində zərərverici növlərinin arealı və yayılma tempi ilə bağlı monitorinqlər aparılır və onlara qarşı profilaktik tədbirlər görülür.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:29 / 12.01.2022
Ağdamda əkin sahələrini gəmiricilər məhv edir
Hazırda oxunan: Ağdamda əkin sahələrini gəmiricilər məhv edir
Hazırda oxunan: Ağdamda əkin sahələrini gəmiricilər məhv edir
55043
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.