Daşkəsən rayonunda çoxmənzilli binaların tikintisinə ehtiyac var - RƏSMİ

Daşkəsən rayonunda çoxmənzilli binaların tikintisinə ehtiyac var - RƏSMİ

Hazırda oxunan: Daşkəsən rayonunda çoxmənzilli binaların tikintisinə ehtiyac var - RƏSMİ

55020

Hazırda Daşkəsən rayonunda imtiyazlı qrupa daxil olan 156 sakin mənzil növbəsindədir və onlar arasında Qarabağ əlilləri və şəhid ailələri, digər imtiyazlı vətəndaşlar var. Onları evlə təmin etmək üçün 2 ədəd 32 mənzilli, 1 ədəd 40 mənzilli, 2 ədəd 16 mənzilli yaşayış binalarının inşasına ehtiyac var. 

Bu barədə açıqlamanı Bizim.Media-nın yerli bürosuna rayon icra hakimiyyəti başçısının müavini Vüqar Məmmədov verib. 

Onun sözlərinə görə, 2021-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hər birində 1 fərdi yaşayış evi olmaqla Daşkəsən şəhərində, Yuxarı Daşkəsən qəsəbəsində, Bayan və Quşçu kəndlərində ümumilikdə 4 fərdi yaşayış evinin  tikintisi başa çatdırılıb.

Bu müddətdə Daşkəsən şəhərində, Çanaqçı, Qaraqullar və Əmirvar kəndlərində  fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsi ayrılıb. 

Bundan başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında  Daşkəsən şəhərində, Daşkəsən və Quşçu körpüsü qəsəbələrində, Qabaqtəpə, Dəvrallı və Quşçu kəndlərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 12 fərdi yaşayış evinin  tikintisi başa çatdırılıb, Daşkəsən şəhərində 2 fərdi yaşayış evinin  tikintisi davam etdirilir.  

Rayon icra hakimiyyətindən Daşkəsən ərazisində əlillər və şəhid ailələri üçün fərdi evlərin tikintisinin də vacib olduğu bildirilib.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO