Azərbaycanın turizm potensialı ivrit dilində - İRS – מורשת jurnalından FOTO

Azərbaycanın turizm potensialı ivrit dilində - İRS – מורשת jurnalından FOTO

Hazırda oxunan: Azərbaycanın turizm potensialı ivrit dilində - İRS – מורשת jurnalından FOTO

54987

Azərbaycan mədəniyyətinin, incəsənətinin xaricdə təbliği ilə məşğul olan “İRS” jurnalının İsraildə ivrit dilində növbəti nömrəsi Azərbaycanın İkinci Qarabağ müharibəsindəki böyük zəfərinə həsr olunub.

Bizim.Media xəbər verir ki, İRS – מורשת jurnalının yeni nömrəsində dağ yəhudilərinə, onların mədəniyyətinə və Azərbaycanın multikultural palitrasındakı yerinə həsr olunmuş material oxucuların diqqətini cəlb edib. 

Tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun müəllif olduğu məqalədə Qubanın Qırmızı Qəsəbəsində yaşayan dağ yəhudilərinin tarixi ilə bağlı maraqlı faktlar açıqlanır, nadir şəkillər oxuculara təqdim edilir.

Jurnalın baş redaktoru Musa Mərcanlı “Ön söz”ündə İsrail Azərbaycan münasibətlərinin inkişafından, İkinci Qarabağ müharibəsində bu dost dövlətin ölkəmizə göstərdiyi hər cür dəstəkdən söhbət açır.

Jurnalın İsrail üzrə məsul redaktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər üzrə tanınmış ekspert Arye Qutun verdiyi məlumata görə, “İRS” jurnalının ivrit dilindəki bu nömrəsinin İsraildə geniş təqdimatı və təbliğatı olacaq:
 

“Mən və mənim dostum Musa Mərcanlıyla işğaldan azad edilmiş ərazilərdə bir neçə dəfə olmuşuq. İlk andan bizdə belə bir hiss var idi ki, işğalçı erməni ordusu azad edilmiş bu ərazilərdə yandırılmış torpaq taktikasını həyata keçirib”. 


Onu da qeyd edək ki, Azərbaycanın turizm potensialı ilə bağlı İsraildə fəaliyyət göstərən Azərbaycan Turizm Agentliyinin nümayəndəliyinin dəstəyi ilə “İRS” jurnalının ivrit dilində böyük bir məqalə də dərc olunub.

Bizim.Media

















 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO