Kəlbəcərdə şəhid olan Ayaz Nəzərov dəfn edildi - YENİLƏNİB

Kəlbəcərdə şəhid olan Ayaz Nəzərov dəfn edildi - YENİLƏNİB

Hazırda oxunan: Kəlbəcərdə şəhid olan Ayaz Nəzərov dəfn edildi - YENİLƏNİB

54979

Şəhid Ayaz Azər oğlu Nəzərov dəfn olunub.

Bizim.Media xəbər verir ki, o, doğulub, boya-başa çatdığı rayonun Bozalqanlı kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Yaylım atəşi açılıb, şəhidin tabutu üzərində olan üçrəngli şanlı bayraq şəhidin ailəsinə verilib.

***

Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçu Ayaz Azər oğlu Nəzərovun nəşi ailəsinə təhvil verilib.

Bizim.Media xəbər verir ki, şəhidin nəşi Tovuzun Bozalqanlı kəndindəki evinə gətirilib.

MÖVZU İLƏ BAĞLI:

Kəlbəcərdə şəhid olan Ayazın FOTOSU


Qeyd edək ki, şəhid nişanlı idi və bir neçə gündən sonra toyu olacaqdı. Buna görə də şəhidin anasının istəyi ilə onun yas mağarı toy abu-havasında bəzədilib. Bundan başqa, mağarın içinə toy xonçaları düzülüb.

Şəhid doğulub, boya-başa çatdığı Bozalqanlı kənd qəbiristanlığında dəfn olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO