Bakıda mərkəzi küçələrdən birində hərəkət məhdudlaşdırılıb.
Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, N.Nərimanov rayonunun Ə.Orucəliyev küçəsində yolun hərəkət istiqaməti dəyişdirilərək birtərəfli təşkil olunacaq.
Buna səbəb sözügedən küçədə aparılan yenidənqurma işləri çərçivəsində yolda üfüqi nişanlanma xətlərinin yenilənməsi işlərinin aparılmasıdır.
Bu səbəbdən həmin küçə nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanıb.
Sürücülərə A.Nemətulla küçəsi, A.Molla Cümə küçəsi, İ.Həsənoğlu küçəsi və digər alternativ küçələrdən istifadə etmək tövsiyə olunur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:54 / 12.01.2022
Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzi küçəsində hərəkət MƏHDUDLAŞDIRILDI
Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzi küçəsində hərəkət MƏHDUDLAŞDIRILDI
Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzi küçəsində hərəkət MƏHDUDLAŞDIRILDI
54933
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.