Lotu Qulinin qazaxıstanlı dostu 2 ay müddətinə həbs edildi - FOTO

Lotu Qulinin qazaxıstanlı dostu 2 ay müddətinə həbs edildi - FOTO

Hazırda oxunan: Lotu Qulinin qazaxıstanlı dostu 2 ay müddətinə həbs edildi - FOTO

54828

Nur-Sultan şəhərinin İxtisaslaşdırılmış Rayonlararası İstintaq Məhkəməsi şübhəli Arman Cumageldiyev (“Dikiy Arman”) barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. İbtidai istintaqın digər məlumatları Cinayət Prosessual Məcəlləsinin 201-ci maddəsinə uyğun olaraq açıqlanmır.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Sputnik Qazaxıstan” Telegram kanalında yer alıb.

Mənbə qeyd edir ki, yanvarın 7-də “Dikiy Arman”ın rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin 6 üzvü Almatıda keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.  

Cinayətkarlardan müxtəlif markalı və kalibrli 4 ədəd yarımavtomat tapança, onlar üçün güllələr, soyuq silahlar və 1 zirehli maşın götürülüb. Şübhəlilər həbs zamanı müqavimət göstəriblər.
 

Xatırladaq ki, “Dikiy Arman” azərbaycanlı qanuni oğru Lotu Qulinin yaxın dostu olub. Bununla bağlı sosial şəbəkələrdə xeyli fotolar yerləşdirilib. Hətta Antalya şəhərində qətlə yetirilən azərbaycanlının qəbri üstünə “Dikiy Arman” əklil də göndərib.


O, Qazaxıstana yanvar iğtişaşları zamanı Türkiyədən gəlib və kütlə arasında çıxış edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO