Elektrik xətləri quşları öldürə bilməyəcək - Xüsusi qurğular quraşdırılır

Elektrik xətləri quşları öldürə bilməyəcək - Xüsusi qurğular quraşdırılır

Hazırda oxunan: Elektrik xətləri quşları öldürə bilməyəcək - Xüsusi qurğular quraşdırılır

54793

Azərbaycanda quşların hava elektrik verilişi xətlərinə toxunması nəticəsində yaralanması və məhv olmasının qarşısını almaq, eləcə də həmin xətləri qorumaq məqsədilə elektrik dayaqlarına xüsusi qurğular quraşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərenerji” ASC-dən bildirilib.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ASC tərəfindən həyata keçirilən layihə çərçivəsində ilkin olaraq quşların ən çox tələf olduğu müşahidə edilən Goranboy, Yevlax, Bərdə, Ağcabədi, Salyan, Masallı və Ucar rayonlarının ərazisindən keçən hava xətlərində polimer materialdan hazırlanmış xüsusi konus tipli qurğular quraşdırılacaq. Növbəti mərhələdə bu cür qurğuların ölkənin digər rayonlarında da quraşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, təbii arealın itirilməsi, qanunsuz ovlanma və zəhərlənmə ilə yanaşı, elektrik xətləri ilə təmas quşların məhv olmasının əsas səbəblərindən biridir.

Quşlar uçarkən və ya təhlükəli dirəklərə enərkən çox vaxt naqillərə toxunur və bəzən elektrik cərəyanı onları vurur.

Azərbaycanda quşların elektrik cərəyanı ilə vurulması və bununla bağlı xətlərdə qəza açılmaları halları əsasən ağaclar olmayan ərazilərdə quşların mövsümi miqrasiyası zamanı 110-330 kV-luq elektrik verilişi xətlərində müşahidə olunur.

Təəssüf ki, elektrik cərəyanı vurması halları çox vaxtlar məhz iri quşlar, o cümlədən Azərbaycanın “Qırmızı kitabı”na daxil olan yırtıcı quşlar arasında baş verir.

Layihə çərçivəsində quraşdırılan qurğuların uzaq məsafədən diqqət çəkən parlaq rəngi və quşlara dirəklərdə yuva salmağa imkan verməyən forması həm quşların özünü, həm də elektrik xətlərini bu cür qarşılıqlı mənfi təsirdən qorumağa imkan verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO