Xızıda kanala düşən “Niva” sürücüsünün kimliyi bilindi - YENİLƏNİB

Xızıda kanala düşən “Niva” sürücüsünün kimliyi bilindi - YENİLƏNİB

Hazırda oxunan: Xızıda kanala düşən “Niva” sürücüsünün kimliyi bilindi - YENİLƏNİB

54750

Yanvarın 10-u axşam saatlarında Xızının Stalçay qəsəbəsində Taxtakörpü-Ceyranbatan kanalına düşən şəxsin 47 yaşlı, Sumqayıtın H.Zeynalabdin Tağıyev qəsəbəsi sakini Hekayət Səfər oğlu İbrahimov olduğu güman edilir.

Bizim.Media-nın məlumatına görə, onun idarə etdiyi "Niva"markalı avtomobillə kanala düşdüyü bildirilir.

FHN xilasedicilərinin köməyilə avtomobil sudan çıxarılsa da batdığı ehtimal edilən şəxs tapılmayıb, onun axtarışları davam edir.

Məlumatı Bizim.Media-ya Xızı İh başçısının müavini Arzu Əzizov verib.

*** 00:48

Gecə saatlarında Taxtakörpü-Ceyranbatan kanalının Xızı rayonunun Stalçay qəsəbəsindən keçən hissəsinə Bakı istiqamətindən gələn"Niva"markalı avtomaşın düşüb.

Bizim.Media-nın məlumatına görə, əraziyə çağrılan FHN-nin xilasedicilərinin köməyi ilə avtomobil sudan çıxarılsa da sürücünü tapmaq mümkün olmayıb.

Axtarışlar davam edir. Sürücünün şəxsiyyəti dəqiqləşdirilir.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO