Yanvarın 11-də Oğuz rayonunun qaz təchizatında fasilə yaranacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Oğuz-Yaqublu” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar sabah saat 10:00-dan etibarən işlər başa çatanadək “Yaqublu” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Oğuz rayonunun (Oğuz şəhəri və rayonun 24 kəndi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Təmir işlərinin günün ikinci yarısı saat 17:00-dək yekunlaşdırılması nəzərdə tutulub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:59 / 10.01.2022
Sabah bu rayonda təbii qaz kəsiləcək
Hazırda oxunan: Sabah bu rayonda təbii qaz kəsiləcək
Hazırda oxunan: Sabah bu rayonda təbii qaz kəsiləcək
54737
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.