Bakıda beş gün əvvəl dəhşətli qətl hadisəsi olduğu barədə xəbər vermişdik. Lider TV-nin keçmiş əməkdaşı Nahidə Həsənova Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində əri tərəfindən balta və bıçaqla öldürülüb.
Bizim.Media xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən qətli törətməkdə ittiham olunan Orxan Alıyevin saxlanıldığı bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Əri tərəfindən öldürülən qadın “Lider”in əməkdaşı olub - DETALLAR / FOTO
“Yanvarın 4-də Xətai rayonu ərazisində Nahidə Həsənovanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs Orxan Alıyevin əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən (Qəsdən adam öldürmə) həmin Məcəllənin 120.2.4-cü maddəsinə ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) tövsif edilib. Hazırda istintaq davam edir”, - Prokurorluqdan bildirilib.
Qeyd edək ki, N.Həsənova əvvəllər "Lider" Televiziyasında texniki şöbədə işləyib.
Bizim.Media