Ötən həftə ehtiyatsızlıq səbəbilə həlak olan Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadənin ölümü barədə bəzi təfərrüatlar üzə çıxıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, polis özünə qəsd edib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda özünü öldürən polisin FOTOSU
O, mühafizə otağına girərək, qapını arxadan bağlayıb. Daha sonra xidməti silahı ilə özünü öldürmək üçün başından atəş açıb. Atəş nəticəsində Yasin yerindəcə keçinib.
Özünü təqdim etmək istəməyən həmakrı bildirib ki, Yasin iki il idi ki, onlarda bir yerdə çalışırdı. O, çox sakit təbiətli və problemsiz biri idi. İş rejiminə hər zaman riayət edən nümunəvi bir polis əməkdaşı olub.
Bizim.Media