Bu marşrutlarda gedişhaqqı artırılıb? - BNA-dan AÇIQLAMA

Bu marşrutlarda gedişhaqqı artırılıb? - BNA-dan AÇIQLAMA

Hazırda oxunan: Bu marşrutlarda gedişhaqqı artırılıb? - BNA-dan AÇIQLAMA

54612

Sosial şəbəkələrdə yayılan məlumata görə, Bakıda 18 və 65 nömrəli marşrut xətlərində qiymət artımı ilə bağlı xəbər yayılıb.

Bizim.Media xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, sosial şəbəkələrdə yayılan xəbər həqiqəti əks etdirmir.

"Belə həssas məsələlərlə bağlı fikir bildirənlər diqqətli və məsuliyyətli olmalıdır. Kim iddia edirsə ki, qeyd olunan marşrut xətlərində qiymət artımı var buyursun, ''BakıKart''ını təqdim etsin, biz də araşdıraq. "Faiqoğlu"MMC-nin müvəqqəti istismarında olan 18 və 65 nömrəli marşrut xətləri üzrə ödəniş ''BakıKart'' vasitəsilə nağdsız formadadır. Heç bir qiymət dəyişikliyindən söhbət getmir", - deyə M.Ağayev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO