Azərbaycanda 16 yaşlı gənci öz həmyaşıdı bıçaqladı

Azərbaycanda 16 yaşlı gənci öz həmyaşıdı bıçaqladı

Hazırda oxunan: Azərbaycanda 16 yaşlı gənci öz həmyaşıdı bıçaqladı

54547

Gəncədə naməlum şəraitdə xəsarət alan 16 yaşlı yeniyetmənin tanışı tərəfindən bıçaqlandığı məlum olub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 2006-cı il təvəllüdlü Musa Həsənovu tanışı, 2006-cı il təvəllüdlü Hüseyn Həsənov tərəfindən bıçaqla vurduğu məlum olub. 

Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxs  saxlanılıb.

O, ilkin ifadəsində cinayəti törətdiyini etiraf edib. 

Faktla bağlı araşdırma davam edir.

Xatırladaq ki, hadisə şəhərin  Vəli Xuluflu küçəsində baş verib. M.Həsənov qarnının kəsilmiş yarası ilə xəstəxanaya daxil olub.

Əməliyyat olunan yeniyetmənin vəziyyəti kafi qiymətləndirilir.  O, öncə açıqlamasında qaçan zaman yıxıldığını və qarnına şüşə batdığını demişdi. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO