Astarada toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya bildirilib ki, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən toy karvanında avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Onun Astara şəhər sakini Mahir Nurəlizadə olduğu müəyyən edilib.
O, sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21065” markalı avtomobillə Astara şəhəri ərazisində avtoxuliqanlıq hərəkətləri edərək təhlükəli manevrlər etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə M.Nurəlizadə 500 manat məbləğində cərimə edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:03 / 09.01.2022
Toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanıldı
Hazırda oxunan: Toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanıldı
Hazırda oxunan: Toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanıldı
54499
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.