Cəlilabadda

Cəlilabadda "VAZ 2107" ekskvatorla toqquşdu - 2 ölü, 3 yaralı var - YENİLƏNİB

Hazırda oxunan: Cəlilabadda "VAZ 2107" ekskvatorla toqquşdu - 2 ölü, 3 yaralı var - YENİLƏNİB

54451

Cəlilabad rayonunda ağır yol qəzasında ölənlərin və yaralıların şəxsiyyəti məlum olub.

"VAZ-2107" markalı minik avtomobilinin sürücüsü, 1954-cü il təvəllüdlü Xubalıyev Böyükxan İsrafil oğlu xəstəxanada, sərnişini Ağayeva Yaxşıxanım isə hadisə yerində ölüb.

Digər sərnişinləri, Cəlilabad rayon sakinləri - 1955-ci il təvəllüdlü Xubalıyeva Gülarə Əliyusif qızı, 1983-cü il təvəllüdlü Quliyeva Kəmalə Böyükxan qızı və 1966-cı il təvəllüdlü Muradova Səadət Həsənağa qızı xəsarət alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Qarazəncir kəndi ərazisində "VAZ 2107" markalı avtomobil "Kon" markalı ekskvatorla toqquşub.

Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər ağır yaralanıb. 

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO