Kim daha yaxşı sürücüdür: qadınlar, yoxsa kişilər? – Ekspertdən AÇIQLAMA

Kim daha yaxşı sürücüdür: qadınlar, yoxsa kişilər? – Ekspertdən AÇIQLAMA

Hazırda oxunan: Kim daha yaxşı sürücüdür: qadınlar, yoxsa kişilər? – Ekspertdən AÇIQLAMA

54447

Yol hərəkət qaydalarını daha çox kim pozur qadın yoxsa kişi sürücülər?

Müasir dövrdə bu sual daha çox müzakirə predmetinə çevrilib. Bəzi kişi sürücülər düşünür ki, qadınlar yol hərəkət qaydalarına riayət etmirlər.

Onların fikrincə, qadınlar daha çox güzgüyə baxmaqla və mobil telefonla danışmaqla qaydaları pozurlar. Bundan başqa iddiaya görə qadınlar avtomobili yolda lazım olandan aşağı sürətlə idarə etmələri də kişi sürücüləri hövsələdən çıxarır.

Statistikaya görə isə...

Statistik göstəricilərə görə, hazırda Azərbaycanda təxmini 1 milyon 500 minə yaxın sürücüdən yalnız 45 mini qadınlarıdır.

Təxminən qayda pozmağa görə hər 100 protokoldan yalnız 1-i qadınlara yazılır. Faiz etibarı ilə bu qadınlar tərəfindən pozulan qaydalara görə 4.5 dəfə çoxdur. 

Amma xanımlar kişi sürücülərlə müqayisədə təhlükəsizlik kəmərindən daim istifadə edirlər.

Ancaq, güclü nəslin nümayəndələrinə təhlükəsizlik kəmərinə görə, çox sayda protokollar yazılır.

Ekspertlərin fikrincə isə...

Ekspertlər isə düşünür ki, qadınlar öz təbiətlərinə görə,  avtomobili daha ehtiyatlı və asta sürətlə idarə edirlər, kişilər isə bunu daha çevik və sərt edirlər.

Hətta kişi sürücülər arasında belə bir tendensiya var: Onlar sükan arxasında qadın sürücü olduğunu gördükdə avtomobili daha çox sərt şəkildə sürməyə başlayırlar.

Bu suala nəqliyyat eksperti Eldəniz Cəfərov ilə cavab axtarmağa çalışdıq. Ekspert Bizim.Media-ya açıqlamasında bildirib ki, sürücüləri kateqoriyalara bölməyin tərəfdarı deyil.

Onun sözlərinə görə, sükan arxasında hər kəs peşəkar olmalıdır.

“Sürücülər arasında belə ayrımçılır yalnız Sovet zamanında olub. SSR-i dağıldıqdan sonra isə bu post sovet ölkələrində ortaya çıxıb. Halbuki, digər inkişaf etmiş ölkələrdə və ABŞ-da belə bir tendensiya olmayıb. Qadınlar da kişilər kimi yolda eyni hüquqlara malikdir. Düşünürəm ki, Azərbaycanda da bunu fərqləndirmək doğru deyil. Hətta bir zamanlar avtomobillərə görə də ayrımçılıq vardı. Qırmızı və xüsusi modellərdə olan avtomobillərin məhz qadınlara aid olması düşünülürdü. Lakin bu getdikcə, tarixə qovuşdu, artıq bu fərq aradan götürülüb”.

Qaydaları ən çox kim pozur?

Mütəxəssiz düşünür ki, qaydaları cinsindən asılı olmayaraq ən çox məsuliyyətsiz sürücülər pozur.

“Burada mən heç bir halda məsələni qadın və ya kişi kateqoriyasına ayırmıram. Yolda təcrübəli və təcrübəsiz sürücü var. Təcrübəli sürücülər qaydaları daha az pozur, sürət həddini daha az aşır və təhlükəli manevrlərdən qaçır. Təcrübəsizlər isə əksinə. Onu da qeyd edim ki, biz sürücülük təcrübəsi 3 ildən az olanlara peşəkar deyə bilmərik”.

Söhbət əsnasında Eldəniz Cəfərov bir faktı da nəzərə çatdırıb. O, qeyd edib ki, hələ sovet dönəmində qadın sürücülər texnikadan daha yaxşı istifadə ediblər.

“Yaxın keçmişə nəzər salsaq, görərk ki, o zamanlar kombayn idarə edən çox təcrübəli qadın sürücülərimiz var idi. Halbuki o illərdə kişilər kombaynı sürməkdə çətinlik çəkiblər, qadınlar isə əksinə bunu çox gözəl bacarıblar. Bir daha qeyd etmək istəyirəm ki, sürücüləri kateqoriyalara bölmək fikri çox yanlışdır”.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO